Azərbaycan boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb
Azərbaycanın gənc bokçusu Banuçiçək Nəsirli (48 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, idmançı 1/4 finalda qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib.
Görüş Nəsirlinin qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, B.Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.