Azərbaycan boksçusu beynəlxalq turnirin qalibi olub

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Şimali Makedoniyanın Kumanovo şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirin qalibi olub.

Bu barəda Sportline.az-a Boks Federasiyasından məlumat verilib.

75 kq çəki dərəcəsində yarışan Azərbaycan millisinin üzvü finalda serbiyalı rəqibinə qalib gəlib.