Azərbaycan çempionatında XVIII turun proqramı açıqlanıb

Qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyunların tarixi müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, XVIII turun görüşləri martın 26-da olacaq.

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" klubu doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlanacaq.

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində olacaq.

Qeyd edək ki, "Azərreyl" 42 xalla liderdir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" 33 xalla üçüncü, "Gəncə" 24 xalla dördüncü pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdur.