Azərbaycan çempionatının vaxtı açıqlandı

Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.

Sportline.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq. 

Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda olacaq.

Yarış hər gün saat 10:00-da başlanacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək.