Azərbaycan cüdoçuları Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcəklər

Azərbaycanın kişilərdən ibarət cüdo millisi Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, məşqlər aprelin 7-dən 12-dək Tata şəhərindəki Olimpiya Təlim Düşərgəsində reallaşacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək keçiriləcək. Yarışda Azərbaycanı 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.