Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 6 medal qazanıblar
Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.
Sportline.az xəbər verir ki, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.
55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.
60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.