Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının hesabatında geridə qalan il ərzində 198 medal əldə edildiyi açıqlanıb.

Bu, Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin təqvimində yer alan bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçiriən beynəlxalq yarışları əhatə edib.

Həmin medallardan 66-sı qızıl, 56-sı gümüş, 76-sı isə bürünc olub.