Azərbaycan cüdoçularının Xorvatiya Qran-Prisindəki ilk rəqibləri müəyyənləşib

Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turu seriyasına daxil olan yarışda ölkəmiz ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 48 ölkədən 370 tatami ustası iştirak edəcək.

Zaqreb Qran-Prisinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 14:00-dan, final bloku isə 20:00-dan etibarən start götürəcək.

Kişilər

60 kq, 1/16 final

Murad Muradlı – Qal Blaziç (Sloveniya)

60 kq, 1/8 final

Hüseyn Allahyarov – Marton Andrasi (Macarıstan)

66 kq, 1/16 final

İslam Rəhimov – Xoakin Tovalyari (Argentina)

Nazir Talıbov – Alexandro Moral Navarro (İspaniya)

73 kq, 1/32 final

İbrahim Əliyev – İtan Nern (Böyük Britaniya)

Rüfət Şövlətov – Aron Sabo (Macarıstan)

81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Dominik Rodriqez (ABŞ)

90 kq, 1/16 final

Aslan Kotsoyev – Aleks Kret (Rumıniya)

Vüqar Talıbov – Yosip Buliç (Xorvatiya)

100 kq, 1/16 final

Əjdər Bağırov – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə

Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan)

Qadınlar

48 kq, 1/8 final

Könül Əliyeva – Nevena Miliç (Serbiya)

52 kq, 1/16 final

Gültac Məmmədəliyeva – Qabriela Dimitrova (Bolqarıstan)

52 kq, 1/8 final

Aydan Vəliyeva – Maşa Slavineç (Sloveniya)