Azərbaycan cüdoçusu dünya reytinqində birinci oldu

Beynəlxalq Cüdo Federasiyasının Olimpiya Təsnifat Dövrü üçün ilk Olimpiya Dünya Reytinq siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, siyahıda Azərbaycan idmançıları da yer alıb.

Təmsilçimiz Səid Mollayi 81 kq-da dünya reytinqinin ilk pilləsindədir.Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) isə öz çəki dərəcələrində ikinci pillədədirlər.



Olimpiya oyunlarına hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.

Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.