Azərbaycan cüdoçusu finala yüksəlib, digəri bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

Sportline.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) həlledici görüşə vəsiqə qazanıb.

O, qızıl medal uğrunda qarşılaşmada yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gələcək.

Yarımfinalda məğlub olan Yaşar Nəcəfov (66 kq) isə üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.