Azərbaycan İngiltərə ilə eyni qrupda
17 və 19 yaşadək futbolçular arasında keçiriləcək 2017-ci il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycanın U-19 yığması 5-ci qrupda mübarizə aparacaq.
Nazim Süleymanovun baş məşqçisi olduğu seçməmiz Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə yarışacaq. Oyunlar 2016-cı il oktyabrın 4-dən 9-dək Litvada keçiriləcək.
Təbriz Həsənovun rəhbərlik etdiyi U-17 millimiz isə 6-cı qrupda İngiltərə, Avstriya və Rumıniya komandaları ilə münasibətlərə aydınlıq gətirəcək.
Bu qrupun görüşləri 2016-cı il oktyabrın 25-dən 30-dək Rumıniyada baş tutacaq.