Azərbaycan - İsveçrə oyununun hakimləri açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda İsveçrə seçməsinə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüş Rumıniyadan olan hakimlərə tapşırılıb.
Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlanacaq.