Azərbaycan - Kanada matçının hakimləri açıqlandı

Avstriyada təlim-məşq toplanışı çərçivəsində Azərbaycan millisinin Kanada ilə keçirəcəyi yoxlama oyununun hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, qarşılaşma isveçrəli hakimlər briqadasına həvalə edilib. 

İyunun 3-də baş tutacaq matçın baş hakimi Saşa Amhof olacaq. Ona Stefan de Almeyda və Vital Yobin kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Adrien Jaccottet yerinə yetirəcək.