Azərbaycan karateçisi Belarusda keçirilən beynəlxalq turnirin qalibi olub
Azərbaycanın karateçisi Asiman Qurbanlı "Belarus Open 2024"ün qalibi olub.
Sportline.az xəbər verir ki, 84 kq çəki dərəcəsində mübarizə aparan yığmanın üzvü beynəlxalq karate turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Belarusun paytaxtı Minskdə təşkil olunan yarış oktyabrın 20-nə qədər davam edəcək. İdmançının şəxsi məşqçisi Seymur Xudaverdiyevdir.