Azərbaycan klublarının transfer hesabatı

2020-ci ildə Azərbaycan klublarının heyətə cəlb etdiyi və vidalaşdığı futbolçuların sayı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə FIFA-nın transferlərlə bağlı hesabatında bildirilib.

Klublar 2020-ci ildə 61 futbolçu ilə müqavilə imzalayıb, 51-i ilə yollarını ayırıb.

Ölkədəki 10 klub futbolçu almaqda, 3-ü isə oyunçuların satışında iştirak edib.

Hesabatda ümumi xərc və ümumi qazanc açıqlanmayıb.