Azərbaycan klubunda yeni baş məşqçi

Azərbaycan II Liqa təmsilçisi "Sheki City"nin yeni baş məşqçisi bəlli olub.

Sportline.az xəbər verir ki, bu posta Firuddin Mövsümov gətirilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 27 yaşlı mütəxəsislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.