Azərbaycan komandası beynəlxalq turnirin qalibi oldu

Türkiyədə Antalyanın Kemer bölgəsində futbol üzrə "International Junior Cup" turniri keçirilib.

Sportline.az xəbər verir ki, 2013-2015 təvəllüdlü futbolçuların yarışında Azərbaycanı "Troya" komandası təmsil edib.

Baş məşqçi Zeynal Hüseynovun rəhbərliyi altında turnirə yollanan futbolçularımız yüksək nəticə göstəriblər. "Troya" komandası Bakıya qızıl medallarla və 3 kubokla qayıdıb. Ulduz adına namizədlər olan Yunus Yusunov və Süleyman Məmmədova xüsusi kubok verilib.