Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib
Azərbaycanın "Ocaq Sport" buzüstü hokkey komandası Dubayda keçirilən beynəlxalq "Galaxy Cup" turnirində uğurlu çıxış edib.
Sportline.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 6 komanda arasında 3-cü yeri tutub.
İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandanın qapıçısı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.