"Keşlə" və "Zirə" qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlanacaq. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Çempionatda işləri qaydasında getməyən iki komanda - "Keşlə" və "Kəpəz" kubok yarışında təsəlli tapmağa çalışacaq. Rəqiblərin ilk dueli Bakıda olacaq.

Digər görüşdə isə "Zirə" və "Neftçi" münasibətləri aydınlaşdıracaq. 


10 dekabr 2017
Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)

“Keşlə” – “Kəpəz” - 2:0
QOLLAR: 
Pərdis Fərcad - Azad, 18 (1:0); Rafael Məhərrəmli, 41 (2:0)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
“İnter Arena”

“Zirə” – “Neftçi” - 1:0
QOL: 
David Manqa (1:0)
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu