Azərbaycan Kuboku: 1/4 finalın hakimləri açıqlandı

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oyunları aşağıda adları qeyd olunan hakimlər idarə edəcək:

10 dekabr (bazar)

“Keşlə” – “Kəpəz”
Hakimlər
: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
“İnter Arena”, 14:00

“Zirə” – “Neftçi”
Hakimlər
: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 16:00

11 dekabr (bazar ertəsi)

“Qəbələ” – “Səbail”
Hakimlər
: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu, 16:00

“Qarabağ” – “Sumqayıt”
Hakimlər:
 Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
“Azersun Arena”, 19:00