Azərbaycan kuboku başladı

Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycan Kubokuna start verirlib. 

Sportline.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-dək ağırlıqqaldıran qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Körpücük üzərinə ilk olaraq qadın atletlər çıxıb. Onlar arasında qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyənləşib. Toplam 221 kq (100+121) nəticə və 294.6 xalla Boyanka Kostova bütün rəqiblərini üstələyib və qalib adını qazanıb. İkinci yeri toplam 152 kq (70+82) nəticə və 233.4 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə toplam 161 kq (72+89) nəticə və 216.8 xalla Günel Vəliyeva tutub.