Azərbaycan kuboku: Finalın məkanı açıqlandı

Azərbaycan kubokunda 2020/2021 mövsümünün final görüşünün keçiriləcəyi stadion müəyyənləşib.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” və “Keşlə” komandaları arasında keçiriləcək oyun mayın 24-də “Bank Respublika Arena”da təşkil olunacaq.

Qarşılaşmanın başlanma saatı hələ məlum deyil.