Azərbaycan kuboku: İlk mərhələnin afişası açıqlandı

Azərbaycan Kubokunda 1/16 final oyunlarının  cədvəli məlumdur.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bir oyundan ibarət olan mərhələsinin hər iki qarşılaşması eyni gün və eyni saatda başlanacaq.

11 oktyabr (çərşənbə)

“Ağsu” – “Mil-Muğan”
Ağsu şəhər stadionu, 14:00

MOİK – “Turan Tovuz”
“Bakı” FK-nın təlim-məşq  bazasının stadionu, 14:00