Azərbaycan Kuboku: "Neftçi"nin rəqibi bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, I Liqa təmsilçilərindən "Qaradağ Lökbatan" "Şahdağ Qusar"a 1:0 hesabı ilə qalib gəlib.

Komanda 1/8 finalda "Neftçi" ilə üz-üzə gələcək.

Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.