Azərbaycan kuboku: Püşkatmanın vaxtı açıqlandı
Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 18 komandanın (Topaz Premyer Liqası 8, Azərbaycan 1-ci divizionu 10 komanda ilə təmsil olunur) iştirak edəcəyi Azərbaycan kubokunun püşkatması 6 oktyabr saat 13:00-da AFFA-nın inzibati binasında olacaq.