Azərbaycan kuboku: “Sabah”, yoxsa “Zirə”?

Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək. 

Sportline.az xəbər verir ki, həlledici oyunda Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” komandası qarşılaşacaq. Görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Qeyd edək ki, “Sabah” kubokun son qalibidir.

“Zirə” isə bunadək 2 dəfə finala çıxsa da, istəyini reallaşdıra bilməyib.

13 may (çərşənbə)

20:00. “Sabah” - “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
“Palms Sports Arena”

Banner