Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, eyni gündə keçiriləcək görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

20:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu