Azərbaycan Kubokunda 1/4 finalın bütün cütlükləri müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, növbəti mərhələyə vəsiqə qazanan bütün komandaların adı müəyyənləşib.

Beləliklə, 1/4 final mərhələsi çərçivəsində bu görüşlər keçiriləcək:

"Qəbələ" - "Səbail"

"Zirə" - "Neftçi"

"Keşlə"- "Kəpəz"

"Qarabağ" – "Sumqayıt"

Qeyd edək ki, mərhələnin ilk görüşləri 10-11 dekabr, cavab oyunları isə 14-15 dekabr tarixlərində olacaq.