Azərbaycan Kuboku: "Keşlə" və "Sumqayıt" finalda

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, keçirilən iki cavab matçından sonra finalçılar müəyyənləşib.

Əvvəlcə Premyer Liqanın lideri "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Penaltilər seriyasında üstün olan "Sumqayıt" finala adlayıb.

Günün digər matçında isə "Zirə" Keşlə"ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyük olsa da, bu, baş verməyib. 3-2 hesabı ilə qalib gələn "Keşlə" finala yüksəlib.
 

29 aprel (cümə axşamı)

17:00.“Qarabağ” – “Sumqayıt” - 0:0 (Penaltilər - 4:5)

İlk oyun
 - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

20:00.“Zirə” – “Keşlə” 2:3

Qollar: Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2), 92 (1:3), Klesio Bauk, 111 (2:3)
Qırmızı vərəqə: Lazar Corceviç, 88

İlk oyun - 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu