Azərbaycan kuboku: "Zirə" və "Keşlə" yarımfinalda
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçirilir.
Sportline.az xəbər verir ki, əvvəlcə “Kəpəz” doğma meydanda “Keşlə”ni qəbul edib. Tərəflər arasında ilk oyun "Keşlə"nin minimal hesablı qələbəsi ilə başa çatıb.
Mərhələnin sonuncu matçında isə “Neftçi” “Zirə”nin qonağı olub. İlk qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəlib.
Hər iki cütün güclüləri yarımfinalda bir-birləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
7 fevral
14:30. “Kəpəz” – “Keşlə 0:2
Qol: Rəhman Hacıyev, 58, Anatoli Abanq, 90
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Gəncə şəhər stadionu, (İlk oyun 0:1)
17:30. “Zirə” – “Neftçi” 0:0
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu, (İlk oyun 1:0)
6 fevral
“Qəbələ” – “Qarabağ” - 0:3
“Səbail” – “Sumqayıt” - 1:2