Azərbaycan Kubokunun final oyunlarını tribunadan ümumilikdə 289 463 azarkeş izləyib
Futbol üzrə Azərbaycan Kubokunun 30 finalını tribunlardan ümumilikdə 300 minə yaxın - 289 463 tamaşaçı izləyib.
Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Turnirin 34-cü mövsümünün finalı 32-ci həlledici qarşılaşma olacaq. Bunadək 2001/2002 və 2019/2020 mövsümləri başa çatdırılmayıb. 30 finaldan biri - 2020/2021 mövsümünün matçı koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.
30 finalı ümumilikdə 300 minə yaxın - 289 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.
2009/2010 mövsümünün finalını isə rekord sayda 26 000 tamaşaçı seyr edib. "Bakı" və "Xəzər Lənkəran" arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.
mövsüm tamaşaçı
1992 1000
1993 10000
1993/1994 1350
1994/1995 5000
1995/1996 5000
1996/1997 5000
1997/1998 5500
1998/1999 8000
1999/2000 6000
2000/2001 2000
2001/2002 -
2003/2004 8000
2004/2005 10000
2005/2006 6000
2006/2007 10000
2007/2008 20000
2008/2009 10000
2009/2010 26000
2010/2011 24000
2011/2012 4300
2012/2013 20000
2013/2014 22000
2014/2015 4500
2015/2016 23000
2016/2017 12800
2017/2018 4500
2018/2019 10000
2019/2020 -
2020/2021 -
2021/2022 3500
2022/2023 9000
2023/2024 5500
2024/2025 7513
Qeyd edək ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.