Azərbaycan Liqasında pley-in mərhələsinə start verilib
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə "Gəncə" "Lənkəran"la qarşılaşıb.
Gəncə İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında növbəti matç aprelin 13-də keçiriləcək. Cütün qalibi 1/4 finalda "Şəki"nin rəqibi olacaq.
Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.