Azərbaycan Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan "Abşeron" - NTD oyunu təxirə salınıb.
Azərbaycan Basketbol Federasiyasından Sportline.az-a verilən məlumata görə, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.
Matç sabah 16:00-da baş tutacaq.
Qeyd edək ki, görüş bu gün saat 19:00-da başlamalı idi.