Azərbaycan - Makedoniya oyununun hakimləri açıqlandı
Təlim-məşq toplanışı çərçivəsində Azərbaycan seçməsi mayın 29-da Makedoniya ilə qarşılaşacaq. SportLine.az xəbər verir ki, artıq matçı idarə edəcək hakimlər bəllidir.
Oyunda əsas söz sahibi avstriyalı Markus Hameter olacaq. Ona həmyerliləri Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Manuel Şüttenqruber isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.