Azərbaycan millisi Andorraya qarşı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Görüş saat 17:00-da başlanacaq.
Azərbaycan millisiaprelin 14-də də bu rəqiblə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
18 aprel
17:00. Azərbaycan (Qadınlar) - Andorra (Qadınlar)
“Bank Respublika Arena”
17:00. Macarıstan - Şimali Makedoniya
