Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Azərbaycan millisi bu gün “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci - final oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyunudur.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 19:00-da start götürüb.
Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.
Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.
“FIFA Series – 2026”
30 mart
19:00. Azərbaycan - Syerra Leone - 1:1 (Penaltilər - 9:8)
Qol: Kanu, 28 (0:1), Rahil Məmmədov, 72 (1:1)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu