Azərbaycan millisi Şimali İrlandiyaya qarşı bu heyətlə oynayacaq
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Şimali İrlandiyaya qarşı oyunda güvənəcəyi "11-liy"i açıqlayıb. SportLine.az xəbər verir ki, mütəxəssis DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçirilcəək görüşdə bu heyəti meydana buraxacaq:
Qapıçı: Kamran Ağayev
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov
Hücumçu: Ramil Şeydayev
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcəək Azərbaycan - Şimali İrlandiya görüşünün start fiti sabah saat 20:00-da səslənəcək.