Azərbaycan - Moldova görüşü belə keçiriləcək

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin martın 4-də, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Moldova oyunu jurnalistlərə və azarkeşlərə qapalı olacaq.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacağı bildirilib.

Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldova oyunu saat 19:00-da başlanacaq.