Azərbaycan - Moldova görüşü heç-heçə nəticələndi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportline.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Bakıda Moldova seçməsi ilə qaşılaşıb.
"Dalğa Arena"da keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, U-21 əvvəlki yoxlama matçında "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.