Azərbaycan paracüdoçuları dünya çempionatına qatılıblar

Azərbaycan paracüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatına qatılıblar. 

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, yarışda kişilərdən İsmayıl Muradov (J1, 70 kq) və Zakir Mislimov (J1, 95 kq), qadınlardan Xatirə İsmiyeva (J1, +70 kq) ilə Elnarə Nizamlı (J2, 60 kq) tatamiyə çıxacaqlar. 

Qeyd edək ki, bu gün start götürəcək mundial mayın 15-də başa çatacaq.