Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə əldə etdikləri medalların sayı bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, ümumilikdə 77 medal qazanılıb: “Bunlardan 26-sı qızıl, 18-i gümüş, 33-ü isə bürünc medaldır”.