Azərbaycan paraüzgüçüsü Fransadakı yarışda finala yüksəlib
Azərbaycan idmançısı Əli Vəliyev Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala yüksəlib.
Bu barədə Sportline.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Paralimpiyaçı 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 1,58 saniyə nəticə göstərib.