Azərbaycan Portuqaliyaya minimal hesabla uduzdu

Millimiz bu gün DÇ-2022-nin seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, A qrupunda yer alan Canni De Byazinin baş məşqçisi olduğu komanda sonuncu Avropa çempionu Portuqaliya ilə qarşılaşıb. İtaliyadakı "Yuventus" stadionunda keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunun digər qarşılaşmasında Serbiya İrlandiyanı qəbul edib və 3:2 hesablı qələbə qazanıb.

24 mart

23:45. Portuqaliya - Azərbaycan - 1:0
Qol:
 Maksim Medvedev, 37-avtoqol

23:45. Serbiya - İrlandiya - 3:2
Qollar:
 Brovne, 18 (0:1), Vlahoviç, 40 (1:1), Mitroviç, 69 (2:1), 75 (3:1), Kolins, 86 (3:2)