"Sabah" "Neftçi"yə uduzdu, "Səbail"dən qələbə, "Sumqayıt"la "Qarabağ"dan heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında 20 günlük fasilə başa çatır.

Sportline.az xəbər verir ki, klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış 12-ci turun bütün oyunları bu günə nəzərdə tutulub.

“Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edir. Görüş 15:00-da başlayıb.

Günün digər oyunlarında “Neftçi” “Sabah”ın, “Sumqayıt” “Zirə”nin, “Səbail” isə “Keşlə”nin qonağı olacaq.

20 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Filip Ozobiç, 51 (0:1), Rafael Utriq, 83 (1:1)
Qırmızı vərəqə: Rövlan Muradov, 70-iki sarı vərəqə ("Qəbələ")
Reallaşdırılmayan penalti: Uros Matiç, 15-ci dəq. ("Qarabağ").
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
 
16:00. “Keşlə” –“ Səbail” - 0:2
Qollar: Urfan Abbasov, 11 (0:1), Əfran İsmayılov, 17 (0:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt” - 2:2
Qol: Murad Xaçayev, 11, Ağabala Ramazanov, 56, Rəhim Sadıxov 57, Qidmət Alıyev, 62
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:15. “Sabah” – “Neftçi” 0:2

Qol: Namiq Əlsəgərov, 45+4 penalti, 65
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”