APL: "Sabah" "Səbail"ə qalib gəldi
Bu gün "Sabah" - "Səbail" görüşü ilə Azərbaycan Premyer Liqasında X tura yekun vurulur.
Sportline.az xəbər verir ki, noyabrın 21-nə nəzərdə tutulan, lakin qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınan qarşılaşma saat 16:00-da başlancaq.
Son 6 oyunda uduzan Masazır təmsilçisi 6 xalla 8-ci pillədədir. Bir oyun az keçirən "Səbail" isə 9 xalla 6-cı sırada qərarlaşıb.
Azərbaycan Premyer Liqası
X tur
16:00. "Sabah" - "Səbail" 2-1
Qol: Amadu Diallo, 11, (1-0) Amin Seydiyev, 33, (2-0), Rauf Əliyev, 90+5 (2:1)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena".
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.