Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü olub, "Şahdağ"da Dünya Kuboku keçiriləcək

Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-in tamhüquqlu üzvlüyünə qəbul edilib.

Sportline.az xəbər verir ki, bununla yanaşı, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə moqul üzrə Dünya Kubokunun final mərhələsinin ölkəmizdə keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən, FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı il martın 14-15-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.