Azərbaycan seçməsi darmadağınla üzləşdi
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin XI qrupunda oyunlara start götürüb. SportLine.az xəbər verir ki, Bolqarıstanın ev sahibliyi etdiyi təsnifat oyunlarında Azərbaycan seçməsi də iştirak edir.
Bu gün ilk matçına çıxan seçməmiz İrlandiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma darmadağınla yekunlaşıb.
Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.
U-17, Avropa çempionatının seçmə mərhələsi
1-ci tur
İrlandiya – Azərbaycan - 6:0
Qollar: Adam İdah, 6, 24, 58; Sean Brennan, 36; Maks Morfi, 38; Tireyk Vriqt, 43
Qorna Orexovitsa. “Lokomotiv” stadionu