Azərbaycan seçməsi "Antalya Cup" turnirində iştirak edəcək

Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı təşkil olunacaq.
 
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində komandamız “Antalya Cup” turnirində iştirak edəcək.
 
Azərbaycan seçməsi ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. 

Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.