Azərbaycan - Şimali İrlandiya matçının hakimləri açıqlandı
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya görüşünün hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçda əsas söz sahibi Xavyer Estrada olacaq. Ona həmyerliləri - Migel Martinez və Teodor Sobriano kömək edəcək. Dördüncü hakim funksiyasını Alexandro Hernandez yerinə yetirəcək.
Xatırladaq ki, iyunun 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununun start fiti saat 20:00-da səslənəcək.