Azərbaycan - Şimali İrlandiya oyununa nə qədər bilet satılıb
AFFA DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununa satılan bilet sayı barədə məlumat yayıb. SportLine.az qurumun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 15.800 bilet sahibini tapıb.

Qeyd edək ki, biletlər "28 Mall", Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, "Bakcell" Sahil müştəri xidmətləri, "Bakcell Arena"nın kassalarında satılır. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.
Qiymətlər VIP 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır.